BAKI, 12 yanvar. TELEQRAF
Bu gün Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, buna səbəb Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində keçiriləcək təmir-təftiş işləridir.
"Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," - deyə qurumdan bildirilib.