BAKI, 9 yanvar. TELEQRAF

1 yanvar 2026-cı il tarixinə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10,6 faiz artaraq 58,4 min təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, aktiv vergi ödəyicilərinin sayı isə 6,5 faiz artaraq 859,3 minə çatıb.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 faiz artıb və 232,8 min olub.