BAKI, 5 yanvar. TELEQRAF

Qızıl və digər qiymətli metalların qiymətləri ABŞ-nin həftəsonu Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra artıb.

Teleqraf xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.99% artaraq 4416 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşünunsiya üzrə fyuçersləri isə 5.90% bahalaşaraq 75.20 ABŞ dolları təşkil edib.