BAKI, 3 sentyabr. TELEQRAF
“Ukraynaya silah tədarük edən Polşanın dron zavodunda qəsdən yanğın törədilib”.
Teleqraf xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
Hökumət başçısı baş verənlərə görə Rusiyanı ittiham edib.
“Bu, Rusiyanın bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlarının davamıdır. Təəssüf ki, bu, ilk dəfə deyil və ən pis ssenaridə, əlbəttə, sonuncu olmayacaq”, - Tusk əlavə edib.
Yanğının baş verdiyi “WB Electronics” Polşanın ən böyük özəl müdafiə şirkətlərindən biridir. Şirkət Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi “FlyEye” və “Warmate” də daxil olmaqla, müşahidə dronları və mobil sursatlar istehsal edir.
Yanğın dərhal söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.