BAKI, 2 yanvar. TELEQRAF
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub.
Teleqaf xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoyması müzakirə edilib.
İkitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəlinib.
Tərəflər eyni zamanda Pakistan iqtisadiyyatının müəyyən sahələrinə Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılması barədə razılaşıblar.