Dövlətə 444 min 170 manat borcu olan “Bakı Elektroavtomat”ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı planlaşdırılıb.

Teleqraf xəbər verir ki, səhmdarların 2024-ci il üzrə maliyyə nəticələrini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, "Baki Elektroavtomat" ASC 2001-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1 milyon 255 min manatdır. Şirkətin qanuni təmsilçisi isə Mürvət Nəcəfovdur. İllərdir şirkətin dövləyə borcu var. Noyabrda vergi borcu 580 min manat 460,86 manat olan şirkət 1 ayda cəmi 136 min ödəniş edə bilib.

Xatırladaq ki, bu, zavodun öhdəliklərini icra edə bilməməsi ilə bağlı birinci hal deyil. Əmlak Məsələləri Dövlət Komitəsi 2016-cı ildə "Bakı Elektroavtomat" ASC-ni investisiya müsabiqəsinə çıxarmişdi. Səbəblərdən başlıcası maliyyə ilini 116 min 917 manat gəlir və 44 min 826 manat zərərlə başa vurması idi.

Müəssisənin daxili bazarda əsas rəqibi "Bakelektro" ASC-dir. Hazırda bazarın 75%-ə qədəri məhz bu şirkətə məxsusdur.