2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) beş ölkəyə 16.4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.
Teleqraf xəbər verir ki, 2024-cü ilin eyni dövründə “Azərkosmos” beş ölkəyə 16.9 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətinin ixracını reallaşdırmışdı.
Qurumun əsasən Birləşmiş Krallığa ixracı azalıb. Belə ki, peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində yer alan Birləşmiş Krallığa 4,2 milyon ABŞ dolları ixrac reallaşdırılıb. 2024-cü ilin eyni dövründə bu rəqəm 5,4 milyon ABŞ dolları idi.
Lüksemburqa ixrac dəyər ifadəsində 300 min dollar azalaraq on bir ayda 3,2 milyon ABŞ dolları olub.
Yeri gəlmişkən, bu il peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyinin tərkibi dəyişib. Ötən il siyahıda olan BƏƏ, Pakistanın yerini İsveç, Nigeriya alıb. Türkiyə yenə ixrac ölkələri sırasında olub.