BAKI, 25 dekabr. TELEQRAF

"BOS SHELF İnternational FZCO" Şirkətinin Azərbaycandakı filialının balansında olan 16 avtomobil hərracda satılıb.

Teleqraf bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, hərraca çıxarılan avtomobillərdən 15-i "Hyundai Santa Fe", biri isə "Toyota Prado" markalı olub. İstehsal ili 2014–2016-cı illəri əhatə edən avtomobillər hərracda ən aşağı 14 109.3 manat, ən yüksək isə 27 162 manat qiymətə satılıb.