BAKI, 1 dekabr. TELEQRAF
Mərkəzi Bank “Nova Credit Bank olmayan kredit təşkilatı” MMC-nin, “Bank olmayan kredit təşkilatı İDK” MMC-nin və “Azərbaycan Mikro-Kredit” Bank olmayan kredit təşkilatı MMC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Teleqraf AMB-yə istinadən xəbər verir ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Nova Credit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 4 000 manat, “Bank olmayan kredit təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 2 000 manat cərimə ediliblər.
Ən yüksək cərimə qərarı “Azərbaycan Mikro-Kredit” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi barədə verilib -10 000 manat.