BAKI, 13 noyabr. TELEQRAF

Kənd təsərrüfatı məhsulları istehsalçılarına məxsus malqaranın qarayara, dabaq, brusseloz, quduzluq və digər yoluxucu xəstəliklərindən qorunması məqsədi ilə dövlət büdcəsinin vəsaitə hesabına vaksinləşdirmə aparılır.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, 2026-cı ildə baytarlıq xixmətin həyata keçirilməsi, dövlət büdcəsinin vəsaitə hesabına vaksinlərin, dərman və baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub:

"Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub. Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması fəaliyyəti üzrə 2026-cı ildə cari ilin səviyyəsində 5,4 milyon manat, aqrokimyəvi analizlərin aparılması və aqrokimyəvi pasportların verilməsi və toxum nəzarəti üzrə tədbirlərin həyata keçirilməsi fəaliyyəti üzrə 8,2 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 439,9 milyon manat və ya 5,7 faiz çoxdur".