BAKI, 30 oktyabr. TELEQRAF
Mərkəzi Bank “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Teleqraf xəbər verir ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Prior Credit BOKT” ASC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı isə 2 milyon 100 min manatdır.