BAKI, 23 oktyabr. TELEQRAF

2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsinə aid olan xərclər üzrə 1222,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, bu 2025-ci illə müqayisədə 18,3 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126,4 milyon manat və ya 11,5 faiz çoxdur.

Həmin vəsaitin 490,0 milyon manatı Azərbaycan Respublikası ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcəkdir. Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 553,5 milyon manat, baytarlıq tədbirləri üçün 41,9 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır.