BAKI, 15 oktyabr. TELEQRAF
Bu ilin ilk yarısında dövlət büdcəsindən maliyyələşən 77 təşkilatda həyata keçirilən nəzarət tədbirləri reallaşdırılıb.
Teleqraf xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Qeyd edilib ki, tədbirlər nəticəsində 162 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.10,2 milyon manat məbləğində vəsaitin artıq xərclənməsinin qarşısı alınıb. Müvafiq cərimələr tətbiq edilib və hüquqi tədbirlər görülüb. Növbəti mərhələdə rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqi ilə nəzarət tədbirlərinin effektivliyinin və keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.