BAKI, 22 sentyabr. TELEQRAF

"Azərbaycanla bağlı proqnozlar olduqca müsbətdir. Makroiqtisadi çərçivəsi güclüdür, aşağı inflyasiya ilə pul-kredit siyasəti mögvcuddur, orta səviyyəli fiskal balans və aşağı dövlət borcu var".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-mərkəzli makroiqtisadi konsaltinq şirkəti “Roubini Macro Associates”in baş icraçı direktoru Nouriel Roubini Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib:

"Ermənistanla əldə olunan sülh razılaşması, Donald Tramp və Avropanın Cənubi Qafqaza marağı, eləcə də gözlənilən Rusiya-Ukrayna atəşkəsi regionda sabitliyə, yenidənqurmaya, sərmayəyə, ticarətə, texnologiyalara və qloballaşmaya yol aça bilər. Azərbaycan bu bölgədə sabitlik və yaxşı idarəçilik modeli kimi qiymətləndirilir".