BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin birinci yarısında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.4 milyard dollar kəsir, qeyri neft-qaz sektoru üzrə isə 0.3 milyard dollar profisit olub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Nəticədə ilkin gəlirlər balansında kəsir 12.3% azalaraq 1.1 milyard dollar təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.8 milyard dollar olub. Bunun 64.2%-ini 2.4 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (1.6 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.5 milyard dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (126.4 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (245.5 milyon dollar) və digər ödənişlər (426 milyon dollar) təşkil edib.

Məlumat üçün qeyd edək ki, digər ödənişlərin böyük hissəsi (301.5 milyon dollar) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirlərin 13 Tədiyə balansı hesabatı ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb.