BAKI, 3 sentyabr. TELEQRAF
Qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 600 dollara çataraq tarixi maksimum səviyyəyə yüksəlib.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 23:20-yə qiymətli metalın qiyməti bir troya unsiyası üçün 3 600.3 dollar (+0.99%) olub.
Lakin bir neçə dəqiqə sonra qızılın qiyməti bir unsiya üçün 3 598 dollara (+0.93%) düşüb.