BAKI, 25 avqust. TELEQRAF

Mərkəzi Bankın Tədqiqatlar departamentinə yeni direktor təyin olunub.

Teleqraf xəbər verir ki, vəzifə Tahirova Gülzar İslam qızına həvalə olunub.

Xatırladaq ki, O, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinin bakalavr, 1998-2000-ci illərdə magistr pillələrini bitirib. 2011-ci ildən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktorudur.

Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində başlayıb. 2000-ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi olaraq davam edib.

Qeyd edək ki, Gülzar Tahirova bundan əvvəl AMB-nin Tədqiqatlar departamenində direktor müavini vəzifəsində çalışıb.