BAKI, 20 avqust. TELEQRAF
"Naxçıvan Yol Təchizatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Elta Development" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə 2 illik müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, müqaviləyə əsasən, "Elta Development" QSC-yə Şahbuz şəhəri, Babək, Culfa və Ordubad rayonlarının ərazisində yerləşən bəzi şəhər və kənddaxili avtomobil yollarının əsaslı təmiri həvalə olunub.
Görüləcək işlərin qarşılığında şirkətə 45 milyon 672 min 503 manat ödəniləcək.
Xatırladaq ki, təmir işləri ilə bağlı keçirilən tenderin ilkin ehtimal olunan dəyəri 53 milyon 220 min 215 manat təşkil edib.
Müvafiq işlərin icrasına 2025-ci il avqustun 11-də başlanılıb və layihənin 2027-ci ilin avqustuna qədər başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, "Elta Development" QSC-nin qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur. Şirkətin nizamnamə kapitalı isə 2 000 manat təşkil edir.