BAKI, 19 avqust. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib.
Fonddan Teleqraf-a verilən məlumata görə , bu ötən ilin eyni dövrü ilə müqayisədə 55 % çoxdur.
Birinci yarımildə qurum tərəfindən 13 milyon 115 min manat, yəni ötən ilin eyni dövrünə nisbətən 18 faiz artıq sığorta haqqı toplanılıb.
Hesabat dövründə əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65 faiz), sel-subasma (15 faiz), fırtına (17 faiz) və leysan (2 faiz) halları olub.