BAKI, 19 avqust. TELEQRAF

Azərbaycan 2025-ci ilin ilk 7 ayında 180 milyon 403.62 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.

Teleqraf xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 2 dəfədən çox artım deməkdir.

2024-cü ilin yanvar – iyul aylarında ölkədən sözügedən məhsulların ixrac dəyəri 76 milyon 668.43 min dollar idi.

Təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar və qeyd olunan digər məhsulların idxalı da kəskin artıb. Belə ki, cari ildə 3 milyard 780 milyon 197.86 min dollar dəyərində idxal reallaşdırılıb. Ötən il bu göstərici 1 milyon 78. 066 min idi.

Cari ildə ümumi ixracının 1.18%-i, idxalın isə 27.77 %-i bu məhsulların payına düşüb.