BAKI, 18 avqust. TELEQRAF
Mərkəzi Bank tərəfindən həyata keçirilən cari nəzarət prosesləri zamanı "Meta-Kapital" MMC-də ciddi qanun pozuntuları aşkar edilib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkətin "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları, eyni zamanda icrası məcburi olan göstərişlərə əməl etmədiyi müəyyən edilib.
Müvafiq qanunvericiliyə uyğun olaraq, aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq “Meta-Kapital” MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi bu gündən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.