BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 400 ölüm halı qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi azalıb və 5,9-dan 5,8-ə enib.