BAKI, 14 avqust. TELEQRAF
İyul ayında bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə " Yelo Bank ASC " olub. Bank 3,03 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
Tənzimləyicinin hesabatına görə, "Unibank" 2,21 şikayət indeksi ilə sarı zolaq, yəni orta şikayət indeksində sıralanıb. Bu təsnifat üzrə " "Accesbank"ın şikayət indeksi 1,79, "AFB Bank" ASC-nin 1,62, "Expressbank"ın isə 1,33 olub.
Ötən ay ən az şikayət edilən bank isə 0,51 indeks ilə siyahının yaşıl zolağnda qərarlaşan "Paşa Bank" ASC olub.