BAKI, 11 avqust. TELEQRAF

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi bu gün saat 12:00-dan məhdudlaşdırılıb.

Yerüstü Nəqliyyat Agentıiyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.