BAKI, 1 avqust. TELEQRAF
2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcu portfelinin 41,9 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.
Teleqraf nazirliyə istinadən xəbər verir ki, hesabat dövründə qurum 2 milyard 97,2 milyon dollar borc cəlb edib.
5 milyard 10,7 milyon dollar borcun 58,1 faizi digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşüb.
Borcun 18,3 faizi - 918 milyon dolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilib. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 748,3 milyon dollar (ümumi borcun 14,9%), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 671,3 milyon dolları (ümumi borcun 13,4% ), NMR Dövlət Su Ehtiyatları Agentliyi 192 milyon dollar (ümumi borcun 3,8%), Kənd Təsərrüfatı Nazirliyi 122,5 milyon dollar (ümumi borcun 2,5%) xaricdən kredit cəlb edib.
192192