BAKI, 22 iyul. TELEQRAF

"Qarabağ Taxıl" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Teleqraf xəbər verir ki, MMC-nin nizamnmə kapitalı 6 371 963 manat azaldılaraq 8 972.387 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, şirkətin bundan əvvəlki nizamnamə kapitalı 15 milyon 344 min 350 manat idi. MMC-nin qanuni təmsilçisi isə Baloğlanov Vüqar Samir oğludur.