BAKI, 21 iyul. TELEQRAF
Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, görüşdə qlobal və regional iqtisadi proseslərə dair aktual məsələlər, o cümlədən inflyasiya gözləntiləri və pul siyasəti sahəsində aparılan tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər arasında keçirilən müzakirələrdə xüsusilə pul siyasətinin ötürücülüyü, banklararası bazarın inkişafı, maliyyə sektorunun sabitliyi və dayanıqlılığı ön plana çıxıb. Həmçinin, görüş çərçivəsində BVF ilə mövcud əməkdaşlığın genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri də ətraflı şəkildə dəyərləndirilib.