BAKI, 21 iyul. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 123 192 texniki pasport tərtib edilib, 28 926 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, dövr ərzində ərzində daşınmaz əmlak üzərində 173.383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 30.352-si (17,5 %) ilkin, 143.031-i (82,5 %) isə təkrar qeydiyyatın payına düşüb.

2025-ci ilin ilk altı ayında fərdi yaşayış və bağ evi üzərində – 31.211, mənzil – 42.999, torpaq sahəsi – 92.787, qeyri-yaşayış binası – 1.444, qeyri-yaşayış sahəsi – 4.504, əmlak kompleksi – 358, çoxmərtəbəli yaşayış binası – 77 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46.762-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.