BAKI, 21 iyul. TELEQRAF

Albert Manifold bp-nin İdarə Heyətinin sədri təyin edilib.

Şirkətdən Teleqraf-a verilən məlumata görə, Manifold 1 sentyabr tarixində qeyri-icraedici direktor və sədr vəzifəsinə namizəd kimi BP-nin idarə heyətinə qoşulacaq. O, oktyabrın 1-i tarixindən isə sədr vəzifəsini rəsmi olaraq öz üzərinə götürəcək.

Həmin tarixdə hazırkı sədr Helge Lund həm bu vəzifədən, həm də BP İdarə Heyətinin üzvlüyündən istefa verəcək.

Qeyd edək ki, Albert Manifold 2014-cü ilin yanvarından 2024-cü ilin dekabrına qədər CRH plc (“CRH”) şirkətinin baş icraçı direktoru vəzifəsində çalışıb.