BAKI, 17 iyul. TELEQRAF
2025-ci ilin ilk 6 ayında Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələrin siyahısı açıqlanıb.
Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Bu ölkəyə 586 milyon 14.25 min ABŞ dollar dəyərində məhsul ixrac edilib. Rusiyaya ixrac ümumi ixracın 33.41%-ni təşkil edib.
Türkiyə 287 milyon 245.48 min dollar və ya 16.38%-lik payı ilə sektor üzrə ikinci əsas ixrac tərəfdaşı olub.
Cari ilin birinci yarımilində Gürcüstana 154 milyon 766.88 min (8.82%), İsveçrəyə 151 milyon 495.62 min (8.64%), Ukraynaya isə 95 milyon 753.76 min (5.46%) dollarlıq məhsul ixrac edilib.