BAKI, 15 iyul. TELEQRAF

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 206 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Fonddan Teleqraf-a verilən məlumata görə, yaşayış sahəsi Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347,16 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 22.07.2025-ci il tarixində saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7285 kirayə müqaviləsi bağlanılıb.