BAKI, 10 iyul. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-yə və fiziki şəxs sığorta agentinə icrası məcburi göstəriş verilib.
Bu barədə Teleqraf-a Mərkəzi Bankdan məlumat yayıb.
Məlumata əsasən, “AtaSığorta” ASC-də aparılan monitorinq zamanı kibertəhlükəsizlik tələblərinin pozulması halları aşkarlanıb. Bu səbəbdən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən şirkətə icrası məcburi göstəriş verilib.
Eyni zamanda, Mərkəzi Bank tərəfindən aparılan araşdırmalar nəticəsində fiziki şəxs sığorta agenti Alıyev Habil Cəfər oğlunun sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı təqdim etdiyi rüblük hesabatda yanlışlıqlar müəyyən edilib. Qanunun eyni maddəsinə uyğun olaraq, həmin şəxsə də icrası məcburi göstəriş təqdim olunub.