BAKI, 8 iyul. TELEQRAF

İyulun 1-ə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı 21 282 olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,5 faiz artıb və 576 təşkil edib.Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,8 faiz artaraq 6.050 olub.