BAKI, 8 iyul. TELEQRAF
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC-nin 477 min 96,8 manata yaxın vergi borcu üzə çıxıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, mikromaliyyə təşkilatının yığılmış vergi borcu aprel ayında 477 min 703 manata bərabər olub.
Xatırladaq ki, BOKT “İnternational” 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manat, qanuni təmsilçisi isə Nicat Vaqif oğlu Həsənovdur. BOKT-nin səhmlərinin 100%-i isə onun qardaşı Rifat Həsənova aiddir.