BAKI, 25 iyun. TELEQRAF

Bankların kredit portfeli 28,4 milyard manata yüksəlib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata əsasən, hesabat ayında bankların ümumi kredit portfeli 1% və ya 290 milyon manat artaraq 28 milyard 386,5 milyon manata çatıb.

Kredit portfelinin strukturunda biznes kreditləri üstünlük təşkil edib. Belə ki, bu növ kreditlər ümumi portfelin 53,2%-ni təşkil etməklə 15,100 milyon manat həcmində olub. İstehlak kreditləri portfelin 31,3%-ni (8,881,9 milyon manat), ipoteka kreditləri isə 15,5%-ni (4,404,6 milyon manat) təşkil edib.