
BAKI, 20 iyun. TELEQRAF
İyulun 17-də xüsusi müsadirə edilmiş əmlaklar təkrar hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Teleqraf-a verilən məlumata görə, hərracda Goranboyda yerləşən 4 torpaq sahəsi, Xızıda yerləşən fərdi yaşayış və bağ evi, Gədəbəydə bir ədəd qeyri-yaşayış sahəsi və əlavə olaraq 2 ədəd mobil telefon satışa qoyulacaq.
Əmlakların start satış qiymətləri 120 manatdan 80 000 manata qədər dəyişir.
Hərracda iştirak etmək istəyənlər əvvəlcədən 10 faiz beh ödəməlidirlər.
Qeyd edək ki, sözügedən əmlaklar 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
Xatırladaq ki, bundan əvvəlki hərrac iyunun 13-də baş tutmuşdu.