BAKI, 19 iyun. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 12 nəqliyyat vasitəsi satılıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 87 sifariş qəbul edilib. Bunlardan 19-u onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 20.500 manat olan “Toyota Land Cruiser” markalı avtomobil 31.770 manata, 15.750 manat olan “Audi A8” markalı avtomobil 22.600 manata,17.500 manat olan “Toyota LC200” markalı avtomobil isə 23.700 manata satılıb.