BAKI, 19 iyun. TELEQRAF

2025-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin IV rübünə nəzərən 4.4%, o cümlədən ilkin mənzil bazarında 2%, təkrar mənzil bazarında isə 4.5% artıb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin yanvar-mart ayları ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 14.4% təşkil edib.

O cümlədən ilkin mənzil bazarında 12.9%, təkrar mənzil bazarında isə 14.4% artıb.