TBİLİSİ, 19 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 108 milyon ABŞ dolları olan 3 741 ədəd minik avtomobili idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.

İllik müqayisədə avtomobillərin sayı 1 324 ədəd və yaxud 26,14% azalıb, dəyərdə isə 14% artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstandan ixrac olunmuş minik avtomobillərinin ümumi sayı 38 724 ədəd, dəyəri isə 975 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkədən ixraca yönəldilmiş avtomobillərin 9,66%-i Azərbaycanın payına düşüb.