
BAKI, 18 iyun. TELEQRAF
Növbəti ayın 18-də “Norm” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Teleqraf xəbər verir ki, iclasda cəmiyyətin nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi, cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 161 milyon 962 min 595 manat olan şirkətin qanuni təmsilçisi Sasse Henning Ernst Wilhelmdir. Azərbaycanın ən böyük sement istehsalçısı olan "Norm" 2019-cu ildə təşkilati-hüquqi formasını dəyişib və ASC-yə çevrilib.