BAKI, 18 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda 549,3 min ton avtomobil benzini istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu istiqamətdə 10,7% azalma olub.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, iyunun 1-i vəziyyətinə ölkədə hazır benzin ehtiyatı 53,1 min ton təşkil edib.

Eyni zamanda, ölkədə 938 min ton dizel yanacağı istehsal edilib. Burada azalma 4,3% olub, hazır məhsul ehtiyatı isə 158,7 min tondur.

Qeyd edək ki, 2025-ci ilin ilk beş ayında benzin və dizel yanacağının qiymətləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,1% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,3%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.