BAKI, 18 iyun. TELEQRAF
Qazaxıstanın “ProdCorporation” milli şirkətinin Vyetnama göndərdiyi buğdanın ilk partiyası Çinə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bütövlükdə 1,700 ton çəkidə 62 konteynerdən ibarət olan buğda dəniz yolu ilə Vyetnamın Hai Ponq limanına çatdırılacaq. Ümumilikdə, Vyetnama 15 min ton ərzaqlıq buğda göndəriləcək.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən “ProdCorporation” tərəfindən 196 min ton taxıl ixrac olunub. Əsas ixrac bazarları Şimali Amerika, Cənub-Şərqi Asiya və İran olub. Daha əvvəl isə Şimali Afrika və Mərakeşə 300 min ton buğda göndərilib.