BAKI, 16 iyun. TELEQRAF

İsrail-İran müharibəsi enerji bazarında qeyri-sabitliyə səbəb olub. Belə ki, neftin qiyməti yuxarı yön alıb.

Teleqraf xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.85% artaraq 74.85 dollar/barel səviyyəsinə yüksəlib.

Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin bir bareli 1.05% artaraq 73.74 dollar təşkil edib.

Analitiklər bu artımı İsrail-İran müharibəsi ilə əlaqələndirirlər. İran dünyanın ən böyük neft hasilatçılarından biridir. Gündəlik 4,4 milyon barrel xam neft istehsal edən ölkə, bu həcmin təxminən 80 faizini ixrac edir.