BAKI, 7 iyun. TELEQRAF

Bank olmayan kredit təşkilatı “Nova Kredit” MMC ötən ili 72 min 533 manat zərərlə başa vurub.

Teleqraf xəbər verir ki, 2023-cü illə müqayisədə BOKT-nın zərəri 8 dəfədən çox artıb.

Xatırladaq ki, 2023-cü ildə təşkilatın zərəri 9 895 manat idi.

Bununla yanaşı, hesabat dövründə BOKT-nın öhdəlikləri 169 min 214 manat təşkil edib.

“Nova Kredit” BOKT MMC-nin ötən il nizamnamə kapitalı dəyişməyərək 1 000 000 manat həcmində qalıb.

“Nova Kredit”in kapital və ehtiyatlarının cəmi 7 faiz azalıb. 2023-cü ildəki 990 min manatdan 2024-cü ildə 918 min manata düşüb.