BAKI, 29 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac reallaşdıran şirkətlər arasında “AzərEnerji" ATSC-nin ixracı kəskin azalıb.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, şirkət dövr ərzində 1,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 26 dəfə azdır.

Əlavə olaraq, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC cari ilin yanvar-aprel aylarında 11,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrünə nisbətdə 1,5 dəfə azalma deməkdir.

“MKT İstehsalat Kommersiya” MMC-nin isə məhsul ixracında cüzi azalma müşahidə olunub. Belə ki, MMC-nin dövr ərzində məhsul ixracı ötən ilin müvafiq dövrünə nəzərən təqribən 1 faiz azalaraq 39,4 milyon dollar təşkil edib.