BAKI, 26 may. TELEQRAF

“NAS Project BOKT” ASC 31 dekabr 2024-cü il tarixinə olan maliyyə hesabatını açıqlayıb.

Teleqraf sənədə əsasən xəbər verir ki, şirkətin ümumi öhdəlikləri 2023-cü ildəki 2,448,105 manatdan 2024-cü ildə 3,298,404 manata qədər yüksəlib. BOKT-un banklara borcu 810 min manat təşkil edib. 2023-cü ildə qurumun borcu olmayıb.

2024-cü ilin sonunda bank kreditləri üzrə geri qaytarmalar 1,948,000 manat təşkil edib. Həmin tarixdə borc öhdəlikləri 2,451,947 manat olub ki, bu da 2023-cü ildəki 2,412,192 manatla müqayisədə artım deməkdir.

2024-cü ildə müştərilərə 5,072,233 manat kredit verilib. 2023-cü ildə bu göstərici 4,001,831 manat olan olub.

“NAS Project BOKT” ASC-nin qeyri-maddi aktivlərdə azalma qeydə alınıb — 2023-cü ildə 24,375 manat olan bu göstərici 2024-cü ildə 21,523 manata düşüb.