BAKI, 21 may. TELEQRAF

Yanvar-aprel aylarında Gürcüstandan Rusiyaya kartof ixracı təxminən 42 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 5 dəfə çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat verib.

Qurumun məlumatına əsasən, Rusiyaya kartof ixracının həcmi 16,9 milyon dollara çatıb. Belə ki, aprel ayında Rusiyaya göndərilən kartofun həcmi rekord səviyyəyə çataraq 16,3 min ton təşkil edib. Ümumi dəyəri isə 7,8 milyon dollar olub.

Hesabat dövründə Gürcüstan kartofun kiloqramını 0,39 dollara (66 qəpiyə)/ satıb, apreldə isə qiymət 0,41 dollar/kq-a çatıb.

Qeyd edək ki, Gürcüstan bu il yeddi ölkəyə 21,5 milyon dollar dəyərində 66,4 ton kartof ixrac edib. Təchizat həcminə görə birinci yerdə olan Rusiyadan sonra siyahıda Azərbaycan (20,2 min ton), Ermənistan (3,4 min ton), Qazaxıstan (394,5 ton), Türkmənistan (239,4 ton), Moldova (12,9 ton) və Özbəkistan (12,2 ton) yer alır.