BAKI, 20 may. TELEQRAF
Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimyəvi maddələrin alınması üçün açıq tender elan edib.
Teleqraf xəbər verir ki, reaktiv və reagentlərin satınalınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 2 milyon 602 min 929 manatdır.
Təchizatçılar təkliflərini təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 24-nə təyin olunub.
Qeyd edək ki, tibbdə reaktiv analiz olunan nümunədə reaksiyaya girən maddədir, reagent isə bu reaksiyanı aparmaq və diaqnostik nəticə əldə etmək üçün istifadə olunan kimyəvi maddədir.