BAKI, 16 may. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti dəfə torpaq hərracı keçiriləcək.
Teleqraf xəbər verir ki, Yevlax, Quba, Qobustan və Tovuz bələdiyyə orqanlarına məxsus toplam 6 torpaq sahəsi hərraca qoyulacaq.
Torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədləri ilə icarəyə verilməsi planlaşdırılır. İcarə müddətləri isə 5 ildən 20 ilə qədər dəyişir.
Qeyd edək ki, hərrac iyunun 11-i saat 15:00-da baş tutacaq.