
BAKI, 16 may. TELEQRAF
Dövlət Turizm Agentliyi Şəkidə “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən “Dairəvi Məbəd”in daxili tərtibatı xidmətləri ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 204 min 816 manatdır.
Qeyd edək ki, tenderlə bağlı işlərə “Dairəvi Məbəd”in elmi tədqiqat, arxiv, qrafik dizayn işlərinin aparılması, texniki planların hazırlanması və tarixi eksponatların tədqiqatı və araşdırması üzrə mütəxəssis xidməti və s. aiddir.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 12-nə təyin olunub.